Orta Şərq iş adamı Bəylər Eyyubov həmişə şirniyyat sevən olub. Bu, onun hər Bazar günü evə paxlava gətirməyi vərdiş edən atası tərəf nənəsindən irsən keçib. Böyüyüb biznes məktəbində irəlilədikdə, Eyyubov şirniyyata olan sevgisini pul gətirən işə necə çevirə biləcəyini düşünməyə başladı.
15 ili tez keçək və bu gün o Londonda öz şirniyyat mağazasının qürürlu sahibidir. “Beyler`s Sweet Shop” (Bəylər`in Şirniyyat Mağazası) bütün şirniyyat sevən, xüsusən də şokolad siçanları, jele körpələr, kola kubları, rəvənd və krem və s. kimilərini sevən briyaniyalılar üçün əla yeni sevimli məkandır. Bura tamamilə 1970-ci illərə qayıtmaq kimidir.
Mağazanı işlətməkdə Eyyubovun xüsusən bəyəndiyi gündəlik olaraq qarşılaşdığı bütün insanlardır. O, sadəcə valideyinlərini mağazaya doğru çəkən uşaqları yox, həmçinin ofisə gedən və ya ofisdən gələn və “baraban çubuğu” dondurması, wham bar, ağ şokolad balıq və çipslər və ya “vampir dişləri” axtaran işguzar insanları da qazanır.
Həqiqətən də, görünür ki, Bəylər Eyyubov bazarda taxçanı doğru zamanda tapıb. Candyland`in brend marketinq meneceri Adrian Hipkissə əsaslanaraq, retro şirniyyatlarının bazarda real dirçəlişi müşahidə olunur. Bu, Eyyubovun öz mağazasında satdığı bir çox klassik şirniyyatları əhatə edir: Blək Cəklər, Şərbət Fontanı və Dip Dablar.
Eyyubova afərin. Şübhəsiz, onun nənəsi qürür duyardı.